Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, VI oyun günündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vişvanatan Anandla üz-üzə gəlib.
Təmsilçimiz hindistanlı rəqibinə qarşı qara fiqurlarla oynayıb və yenə heç-heçə ilə kifayətlənib.
Məmmədyarov VII turda Uesli So ilə qarşılaşacaq.
“Altibox Norway Chess” superturniri
VI tur
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5
Uesli So (ABŞ) – Maqnus Karlsen (Norveç) – 1:0
Levon Aronyan (Ermənistan) - Fabiano Karuana (ABŞ) – 0,5:0,5
Hikaru Nakamura (ABŞ) - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5
Turnir cədvəli: Karlsen – 3,5 xal; Aronyan, So – 3, Karyakin, Karuana, Məmmədyarov, Anand, Nakamura, – 2,5; Vaşye-Laqrav – 2.
Qeyd edək ki, Dinq Liren (Çin) velosipeddən yıxılıb, zədələndiyindən yarışla vidalaşıb. Bu səbəbdən də Sergey Karyakin (Rusiya) VI turda istirahət edib.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır