Stavanqerdə “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın III turunda Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb.
“Ağlar”la oynayan həmyerlimiz bu dəfə də heç-heçə ilə kifayətlənib. Maraqlıdı ki, bir partiya xaric turun digər qarşılaşmalarında da eyni nəticə qeydə alınıb. Karlsen Aronyana qalib gəlibsə, qalan bütün şahmatçılar 0,5 xalla kifayətləniblər.
“Altibox Norway Chess” superturniri
III tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Sergey Karyakin (Rusiya) – 0,5:0,5
Vişvanatan Anand (Hindistan) – Dinq Liren (Çin) – 0,5:0,5
Uesli So (ABŞ) – Hikaru Nakamura (ABŞ) – 0,5:0,5
Maqnus Karlsen (Norveç) – Levon Aronyan (Ermənistan) – 1:0
Maksim Vaşye-Laqrav (Fransa) Fabiano Karuana (ABŞ) – 0,5:0,5
Turnir cədvəli: Karlsen – 2,5 xal; Məmmədyarov, Vaşye-Laqrav, Nakamura, Liren, So, Karyakin, Anand – hamısı 1,5; Aronyan, Karuana – 1.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır