Dünya Taekvondo Federasiyası aprel üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Olimpiya çəkiləri üzrə açıqlanan ilk “onluq”da dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) mövqeyini qoruyub.
Olimpiya mükafatçımız 444,93 xala sahibdi. İlk pillənin sahibi Şeyx Saleh Junior Sisse (Fil Dişi Sahili) təmsilçimizi 91,07 xal qabaqlayır.
Olimpiya çempionumuz Radik İsayev (+80 kq) isə üçüncü pilləyə enib. Aktivində 413,44 xal olan taekvondoçumuz lider rusiyalı Vladislav Larindən 45,35 xal geri qalır.
68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də geriləyib. Həmyerlimiz 1 rəqibini özündən irəli buraxmaqla, 9-cu pilləyə düşüb. Onun aktivində 190,63 xalı var.
Qeyd edək ki, qadın taekvondoçuların reytinqində ilk “onluq”da Azərbaycan millisinin üzvləri yer almayıblar.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar