Sabah peşəkar kikboksçular arasında “Glory” liqası çərçivəsində növbəti döyüşlər keçiriləcək. Apasport.az saytı xəbər verir ki, Böyük Britaniyanın Birmingem şəhərində baş tutacaq “Glory54” turnirində Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev də iştirak edəcək.
“Professor” ləqəbli idmançı yarımorta çəki dərəcəsində final döyüşünə çıxacaq. Alim Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gələcək. Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşüdü.
Qeyd edək ki, Nəbiyev finala qədər fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır