Cənubi Koreyada atıcılıq üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, aprelin 23-də start götürən mübarizədə güllə atıcılarının yarışı başa çatıb.
Lakin Azərbaycan yığması hələlik medal qazana bilməyib. Belə ki, 10 m və 25 m məsafələrdə hədəf önünə keçən Ruslan Lunyov ümidləri doğrultmayıb. Həmyerlimiz müvafiq olaraq, 36-cı və 19-cu yeri tutub.
Stend atıcıların yarışı isə davam edir. Ölkəmiz skit növündə Niyaz Ağazadə, Fuad Qurbanov, Emin Cəfərov, Nurlana Cəfərova, Regina Meftahətdinova, trap növündə isə Əli Hüseynli və Aydan Camalova ilə təmsil olunur. Sonuncu 2 snayper qarışıq cütdə də dəqiqliyini yoxlayacaq.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib