[b]Stepkoya gümüş medalı Mehriban Əliyeva təqdim etdi[/b] - VİDEO
18.06.2015 - 20:06
Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarında Azərbaycan daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Oleq Stepko Avropa Oyunlarını mükafatla başa vurub.
İdman gimnastikasının fərdi çoxnövçülük yarışında uğurlu çıxış edən Stepko gümüş medala layiq görülüb. Yarışdan sonra fəxri kürsüyə qalxan idmançıya qızıl medalı I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
Qeyd edək ki, komanda hesabında da bürüncə yiyələnən Stepko hələlik Bakı-2015-də iki medal qazanan yeganə idmançımızdı.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
0
0