Monte-Karloda kişi tennisçilərin “Masters 1000” seriyalı turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalda Rafael Nadal Key Nisikori ilə üz-üzə gəlib.
İlk setin üçüncü qeymində servisini qırdıran ispan tennisçi daha sonra ardıcıl iki breyklə üstünlüyü ələ alıb. İkinci setdə də çətinlik çəkməyən Nadal 1 saat 34 dəqiqə davam edən oyundan 2:0 hesabı ilə qalib ayrılaraq, 11-ci dəfə Monte-Karloda çempionluq sevinci yaşayıb.
Monte-Karlo Masters
Final
Rafael Nadal (İspaniya) – Key Nisikori (Yaponiya) – 2:0 (6:3, 6:2)
Bir set belə, uduzmayan Nadal ardıcıl üçüncü dəfədi turnirin qalibi olur. Həmçinin, dünya bir nömrəsi 2005-2012-ci illər aralığında 8 dəfə Monte-Karloda hamıdan güclü olmuşdu.
Beləliklə, 31-ci “Masters” çempionluğunu qazanan Rafael Nadal bu göstərici üzrə kişi tennisçilər arasında liderliyi ələ alıb.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib