Gimnastika üzrə ABŞ yığmasının həkimi Larri Nassarin daha bir çirkin əməli üzə çıxıb. Apasport.az saytının məlumatına görə, bu dəfə London-2012-nin qalibi Cordin Uiber məhkəməyə müraciət edib.
O, yığma üzvlərini zorladığı üçün ömürlük həbs cəzası alan həkimin əməllərini ört-basdır edənlərdən şikayətçidi.
Belə ki, Uiber ölkənin Gimnastika Federasiyasının sabiq rəhbərliyini, Milli Olimpiya Komitəsi və Miçiqan Dövlət Universitetini məhkəməyə verib. Gimnastın şikayət ərizəsində 2006-2012-ci illərdə Nassar tərəfindən təcavüzə məruz qaldığı əks olunub.
İdmançı özünün və komanda yoldaşlarının müdafiə olunmadığından, həmin dövrün bütün tibbi sənədlərin məhv edilməsindən narazıdı. Bununla da o, müvafiq şikayət edən həmkarları Aleksandra Raysman, Qabrial Duqlas və Makkayla Maroninin yolu ilə gedib.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar