Taekvondo üzrə Azərbaycan milliləri növbəti beynəlxalq turnirə yollanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız martın 13-15-də Eyndhoven şəhərində keçiriləcək “Dutch Open”də qüvvəsini sınayacaq.
Kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandoust Hollandiyada Mikayıl Əliyev (54 kq), Maqomedyasin İbraqimov (58 kq), Məhəmməd Məmmədov (58 kq), Sina Bahrami (63 kq), Kamil Abdulrazakov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Elvin Məmmədov (74 kq), Əhməd Mohammadi (87 kq) və Radik İsayevə (+87 kq) şans verəcək.
Qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək (46 kq), Paniz Esmaelpur (49 kq), Patimat Abakarova (49 kq), Nurgül Çelik (49 kq), Lazara Karidad Valdes Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Daria Şkurko (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevanı (-73 kq) yoxlayacaq.
Bu yarışda millimizin heyətində yeni legionerlərə özünü sınamaq imkanı da verilib. Bahrami, Mohammadi, Esmaelpur, Povea və Şkurko əsas komandamıza namizəd olmaq üçün səfərdə güclərini göstərməyə çalışacaqlar.
Qeyd edək ki, səfərə Taekvondo Federasiyasının vitse-prezidenti Niyammədin Paşayevin rəhbərliyi altında yollanan yığmamız martın 17-də vətənə dönəcək.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO