Xorvatiya millisinin oyununu Əliyar Ağayev idarə edəcək
12.11.2025 - 10:42
Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb.
Apasport.az xəbər verir ki, 38 yaşlı hakim DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Farer adaları oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi təyinat alıb.
Qeyd edək ki, qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.
0
0