Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşib.
Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Ada təmsilçisi erkən qolla hesabı açmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib. Bununla da Xorvatiya tarixində ilk dəfə adını finala yazdırıb.
DÇ-2018
Yarımfinal
11 iyul
Xorvatiya – İngiltərə - 2:1
Qollar: İvan Perişiç, 68; Mario Mandzukiç, 109 - Kiran Trippier, 5
Sarı vərəqələr: Mario Mandzukiç, 48; Ante Rebiç, 96 - Kayl Uolker, 54
Hakimlər: Cüneyt Çakır, Bahettin Duran, Tarik Ongun (hamısı Türkiyə), Byorn Kuypers (Hollandiya)
Moskva. “Lujniki” stadionu
Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç (22. Yosip Pivariç, 95), 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k) (19. Milan Badel, 119), 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç (5. Vedran Çorluka, 115), 18. Ante Rebiç (9. Andrey Kramariç, 101), 21. Domaqoy Vida
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 8. Mateo Kovaçiç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 20. Marko Pyaça
Baş məşqçi: Zlatko Daliç
İngiltərə: 1. Yordan Pikford, 2. Kayl Uolker (11. Ceymi Vardi, 112) 5. Con Stounz, 6. Harri Maquayr, 7. Yesse Linqard, 8. Cordan Henderson (4. Erik Dayer, 97), 9. Harri Keyn, 10. Rahim Sterlinq (19. Markus Reşford, 74), 12. Kiran Trippier, 18. Eşli Yanq (3. Denni Rouz, 91), 20. Dele Alli
Ehtiyat oyunçular: 13. Cek Butland, 23. Nik Pope, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 17. Fabian Delf, 21. Ruben Loftus-Çeyk, 22. Trent Aleksandr-Arnold
Baş məşqçi: Qaret Sautqeyt
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək