Zamiq Əliyevin komandası çempion oldu
01.06.2026 - 09:17
Zamiq Əliyevin komandası çempion oldu

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionu olub.

Apasport.az xəbər verir ki, komanda sonuncu turda “Dinamo”ya (Tirana) 2:0 hesabı ilə qalib gəlib.

Zamiq meydana start heyətdə çıxıb və fasilədə əvəzlənib. Onun komandası hər iki qolu ilk hissədə vurub.

Qeyd edək ki, “Eqnatiya” ardıcıl 3-cü dəfə çempion olub.