"Zirə" Türkiyədə 2 yoxlama oyunu keçirəcək
23.12.2025 - 14:58
"Zirə"nin qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, "qartallar" yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-na qədər hazırlığı paytaxtda davam etdirəcək.
Toplanışın ikinci mərhələsi isə yanvarın 10-17-si aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq.
Komanda Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır.
0
0