“Zirə” “SKA-Xabarovsk”un futbolçusu Kamran Əliyevi heyətinə qatmağı planlaşdırır.
Əslində, qəsəbə təmsilçisi yarımmüdafiəçinin keçidini "Sumqayıt"dan ayrıldıqdan sonra bu yay həll etməyi planlaşdırıb.
Apasport.az saytına verilən məlumata görə, “Zirə” Əliyevi yerli futbolçu kimi heyətə cəlb etmək istəyib.
Lakin ona pasport verilməyin çətin olduğunu öyrəndikdən sonra bu transferi hələ ki dondurub.
Əgər Əliyev pasport məsələsini həll edə bilərsə, “Zirə” onu heyətə qatmağı qışda da gözdən keçirəcək.
Qeyd edək ki, Kamran əslən azərbaycanlıdır. O, "Ximki"nin yetirməsidir. Karyerası ərzində "Ximki", "SKA-Xabarovsk", "Arsenal" (Tula), "Sumqayıt" klublarında oynayıb.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”