"Zirə" Xorvatiyaya yola düşüb
29.07.2025 - 12:29
"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Hayduk”un qonağı olacaq.
Apasport.az xəbər verir ki, klub səfər matçı üçün yola düşüb.
Bu barədə Bakı təmsilçisi sosial şəbəkə hesablarında paylaşım edib.
Komanda görüşün keçiriləcəyi Split şəhərinə yollanıb.
Qeyd edək ki, Bakıda keçirilən ilk matç 1:1 hesabı ilə yekunlaşıb. Cavab görüşü iyulun 31-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- Zaur Həşimov: “Düşdüyümüz durum bizi kədərləndirir”
- MPL: “Neftçi” - “Turan Tovuz” matçında bərabərlik - YENİLƏNİB
- U-15 dünya çempionatı: MİLLİMİZDƏN DARMADAĞIN - FOTO
- Prezident İlham Əliyev Azərbaycan – Timor-Leste oyununu izləyir - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı keçirilib - YENİLƏNİB - FOTO
0
0