“Zirə”dən yeni transfer - RƏSMİ
21.07.2026 - 18:36
“Zirə”dən yeni transfer - RƏSMİ

"Zirə" heyətinə daha bir legioner futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, qəsəbə təmsilçisi Lue Bayere Junioru heyətinə qatıb.

Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə imzalanıb.

25 yaşlı forvard karyerası ərzində İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yvor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib.