“Sabah” NTD-yə qalib gəldi
11.10.2025 - 21:04

Azərbaycan Basketbol Liqasında bu gün II turun daha bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, son çempion "Sabah" NTD ilə üz-üzə gəlib.
Matç Milli Gimnastika Arenasında, saat 19:00-da başlayıb.
Oyun "Sabah"ın 133:65 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura oktyabrın 12-də yekun vurulacaq.
0
0