Aktürkoğlu vurdu, “Fənər” Avropada 400-ə çatdı
03.10.2025 - 00:37

“Fənərbaxça” UEFA Avropa Liqasının əsas mərhələsinin II turu çərçivəsində evdə “Nitsa”nı qəbul edib.
Apasport.az xəbər verir ki, görüş İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sarı-lacivərdlilər"in hər iki qolunu Kerem Aktürkoğlu vurub. O, bu nəticə ilə komandanın tarixində adını yazdırıb.
Belə ki, 26 yaşlı vinger Super Liqa təmsilçisinin Avropa matçlarındakı 400-cü qolunun müəllifi olub.
Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Kerem mövsümün əvvəlində “Benfika”dan 25 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olunub.
0
0