AL: Arda Turanın "Şaxtyor"u “Samsunspor”a rəqib oldu
04.08.2025 - 15:22

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Mərasimdə Arda Turanın baş məşqçisi olduğu Ukrayna təmsilçisi “Şaxtyor”un da potensial rəqibi dəqiqləşib.
Donetsk klubu III təsnifat mərhələsində “Panatinaikos” səddini keçəcəyi halda, pley-offda Türkiyənin “Samsunspor” komandası ilə qarşılaşacaq.
0
0