Bu gün UEFA Avropa Liqasının püşkatma mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın Monakoda yerləşən inzibati binasında təşkil olunub.
Turnirdə Türkiyəni təmsil edən "Fənərbaxça"nın rəqibləri bəlli olub.
II səbətdə yer alan İstanbul təmsilçisinin bu mərhələdəki rəqibləri İngiltərədən "Aston Villa", Xorvatiyadan "Dinamo Zaqreb", Macarıstandan "Ferentsvaroş", Çexiyadan "Viktoria Plzen", Fransadan "Nitsa", Rumıniyadan FKSB, Almaniyadan "Ştuttqart" və Norveçdən "Brann" komandaları olub.
"Fənər" öz meydanında "Aston Villa", "Ferentsvaroş", "Nitsa" və "Ştuttqart"ı qəbul edəcək. "Dinamo Zaqreb", "Viktoria Plzen", FKSB və "Brann"la oyunlar isə səfərdə baş tutacaq.
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
- ÇL: “Barsa” PSJ-yə məğlub oldu - YENİLƏNİB
- Valdas Dambrauskas: “Bu, bizdə məyusluq yaratdı”
- Niko Kovaç: “Sabah”ı təbrik etmək lazımdır”
- “Sabah” - “Borussiya” matçının ən yaxşı futbolçusu bəlli olub