Aleksandr Zinçenko: "Bu suala cavab verməkdən yorulmuşam"
08.09.2025 - 18:52
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Ukrayna matçından öncə qonaqların futbolçusu Aleksandr Zinçenko mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, o, görüş barədə fikirlərini bildirib.
"Heç kimdən güclü olduğumuzu düşünmürük. Necə hazırlaşdığımızı sabahkı oyun göstərəcək. Bu suala cavab verməkdən yorulmuşam. Bizim baş məşqçimiz harada desə, biz orada oynayacağıq".
Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da başlanacaq.
- DÇ-2026: Ronaldo qırmızı vərəqə aldı, Portuqaliya məğlub oldu - YENİLƏNİB
- Arnar Qunnlauqsson: “Azərbaycan millisi düz yoldadır”
- İslandiya millisinin kapitanı: “Azərbaycan yığması ilk görüşdən sonra…”
- İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə favorit biz sayılırıq”
- KL: "Samsunspor" və “Dinamo”dan darmadağın - YENİLƏNİB
0
0