Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib"
26.11.2025 - 03:07
Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib"

Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Napoli” (İtaliya) - “Qarabağ” matçının (2:0) ardından qonaqların baş məşqçisi Antonio Konte fikirlərini açıqlayıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

"Bu axşam Neapol üçün xüsusi gün idi. Çox enerjili idik və qələbə qazanmaq istəyirdik. Ölkə çempionatında "Atalanta"ya və bu gün "Qarabağ"a qarşı matçlarda çox yaxşı çıxış etdik. Çempionlar Liqasında asan rəqib olmur. Qarşılaşmanın gedişində qol vuracağımıza inanırdım. "Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi. Qarşımızda çox məsuliyyətli komanda var idi. Çətin rəqibə qarşı oynadıq. Azərbaycan klubu bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib".

Qeyd edək ki, "Napoli" - "Qarabağ" görüşü ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.