“Qarabağ” UEFA Çempionlar Liqasının VIII turunda səfərdə “Liverpul”un qonağı olacaq.
Apasport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Arne Slot oyunöncəsi mətbuat konfransında heyət vəziyyəti ilə bağlı fikirlərini bölüşüb:
“Çempionlar Liqasının qrup mərhələsini ilk dördlükdə başa vurmağı planlaşdırırıq. ‘Qarabağ’a qarşı oyuna yaxşı hazırlaşmışıq və qələbə qazanmaq istəyirik. Lakin heyətimizdə zədəli futbolçular var. ‘Qarabağ’ın heyətində sürətli futbolçular var və onlar topla rahat davranırlar. Bu komanda mövsüm ərzində güclü rəqiblərə qarşı öz bacarığını nümayiş etdirib. "Qarabağ" asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı oyunda 2:2 hesablı heç-heçə edib. Bu da göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur”.