“Ayntraxt”ın baş məşqçisi: “Meydanda iki güclü komanda var idi”
22.01.2026 - 00:42
“Ayntraxt”ın baş məşqçisi: “Meydanda iki güclü komanda var idi”

"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti matçını keçirib. Azərbaycan çempionu "Ayntraxt"ı qəbul edib. Matç 3:2 hesabı ilə təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Apasport.az xəbər verir ki, Frankfurt təmsilçisinin baş məşqçisi Dennis Şmitt oyunlan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Təbii ki, oyundan sonra üzüldük. Erkən qol buraxdıq, qalib gəlmək istəyirdik. Yaxşı başlamadıq. Amma sonradan yaxşı reaksiya göstərdik, toparlandıq. Hesabı bərabərləşdirdik.Hər iki komandanın şansları var idi. Fasilədə müəyyən məsələləri danışdıq, taktikanı dəyişdik. Gördük ki, “Qarabağ” 2-ci hissədə pressinq edirdi, hücuma keçirdi. Hesabda irəliyə də keçdik, amma “Qarabağ” dərhal hesabı bərabərləşdirdi. 2:2-dən sonra oyuna nəzarət edirdik. Amma “Qarabağ” yenə hücumlar etdi. Çox çalışdıq ki, intizamlı oynayaq. Bu oyundan pozitiv məqamları götürüb, analiz edəcəyik".

- “Ayntraxt” bu mövsüm açıq futbola üstünlük verir. Bundesliqada ən çox qol vuran və ən çox qol buraxan komandadır. “Qarabağ”a uduzduqdan sonra komandada qalacaqsız? Bu işin öhdəsindən gəlmədiyinizi düşünürsüz? 
- Söhbət məndən getmir. Mən klubda qalacam. Əsas bu gün atdığımız addımlar, cəhdlər idi. Sabah analizlər edəcəyik, buraxdığımız səhvləri danışacağıq. Söhbət ondan gedir ki, gələcəkdə yaxşı oyunlar göstərib, yaxşı nəticələr qazanaq.

- “Qarabağ” ilk dəfə Almaniya klubunu məğlub etdi. Bu uğursuzluqda ilk olmaq sizin üçün nə deməkdir? 
- Mən yalnız öz oyunumuz haqda danışa bilərəm. Biz gördük ki, komanda çox intizamlı oynayırdı, çox istəkli idi. Biz bir səhv daha çox etdik və uduzduq.

- Komanda inamsız görünürdü. Növbəti matçlarda daha inamlı olmaq üçün hansı addımları atacaqsız? 
- Fikrinizə hörmətlə yanaşıram. Amma mən intizamlı, inamlı oynayan komanda gördüm. Deməzdim ki, bu oyunda inamsız və zəif göründük. Hazırlaşmaq üçün az vaxtımız var idi. 75-ci dəqiqədə öndə idik. Sonradan baş verənlər göstərir ki, hardasa səhv etdik.

- Hər vurulan qoldan sonra qol buraxırdınız. Bu nə ilə əlaqədardır? 
- Dərhal bir söz deyə bilmərəm, analizdən sonra danışmaq olar. Sehrbaz deyilik, dərhal nəyisə dəyişə bilmərik. Öz oyunumuzu oynayırdıq. Səhvlər buraxmışıqsa, analiz edəcəyik. Bu məğlubiyyət futbolçuların əhvalını korladı. Onlar psixoloji olaraq narahatdırlar. Amma analizdən sonra, 5-ci günkü məşqdə pozitiv məqamları nəzərə alıb, fokuslanacağıq ki, qarşıdakı matçlarda Bakıdakı səhvləri buraxmayaq. Potensialımız var.

- Siz özünüz komandada qalacaqsız? Növbəti addımlar necə olacaq? 
- Mənim üçün maraqlı deyil şəxsi işimi düşünmək. Əsas işim komandanı toplayıb, növbəti oyuna hazırlaşdırmaq idi. Üç gün vaxtım var idi. Səmərəli istifadə etdik. Göstərdiyimiz oyun da bunu deyir. Şənbə günü də komandanı baş məşqçi kimi meydana mən çıxaracam.

- Azərbaycan klubuna məğlubiyyəti Almaniyada böyük faciə ilə qarşılayacaqlar? 
- Xeyr, faciə deyil. Bura Çempionlar Liqasıdır, bütün komandalar yüksək keyfiyyətlidir. Meydanda iki güclü komanda var idi, hər ikisi mübarizə aparırdı. Uduzmuşuqsa, o demək deyil ki, potensialımız yoxdur.

- Oyunöncəsi Bakıda məşq etməməyinizin oyununza təsiri oldu? 
- Bunun oyuna heç bir təsiri yoxdur. Ona görə qərarımızdan peşman deyilik.