Azərbaycan xal ehtiyatını artırdı
20.08.2025 - 09:59
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" "Ferensvaroş"a qalib gəlib - 3:1.
Bununla da, Ağdam klubu ölkə aktivinə 0,500 əmsal əlavə edib.
Hazırda Azərbaycan 19.500 əmsalla sıralamada 28-cidir. 27-ci pillədəki Ukraynanın 19.725 əmsalı var.
Qeyd edək ki, "Qarabağ"la "Ferensvaroş" arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
0
0