Bəhlul Mustafazadə: "Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq"
26.08.2025 - 13:33
Bəhlul Mustafazadə: "Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq"

UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab matçında "Qarabağ" "Ferentsvaroş"u qəbul edəcək.

Apasport.az xəbər verir ki, təmsilçimizin müdafiəçisi Bəhlul Mustafazadə oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib.

"Bu oyunun mahiyyətinin fərqindəyik. Hazırlıqlarımızı buna uyğun tamamlamışıq. Sabah bizi ilk oyundan da çətin matç gözləyəcək. Amma qarşılaşmaya hazırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə əldə edək".

- Azərbaycanlı futbolçu ÇL-in qrupunda oynaya bilər. Bu oyuna özünü necə psixoloji necə hazırlamısan?
- Bir azərbaycanlı üçün bu, çox böyük uğurdur. Bununla yanaşı, artıq 2 dəfə pley-offda oynamışam. Keçə bilməmişik. Bu barədə təcrübəliyik. Sabahkı oyuna daha sakit yanaşırıq. Keçən matçdakı iki toplu üstünlüyün nə qədər tez aradan qalxa biləcəyini anlayırıq. Ona görə də maksimum tərzdə sakitik. Sabah soyuqqanlı olmağa çalışacağıq.