“Matçın gedişində çox məyus idim”.
Apasport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə deyib.
Ağdam təmsilçisinin “Ayntraxt”la oyununda qələbə qolunu vuran futbolçu qarşılaşmanı belə şərh edib: “Amma qol vurmaq və oyunun taleyini dəyişmək barədə düşünürdüm. Son saniyələrdə qələbə qoluna imza atdığım üçün çox xoşbəxtəm. “Ayaks”la oyundan sonra xeyli tənqid olunduq. Buna baxmayaraq, komanda olaraq yenidən toparlanmağı bacardıq. Hədəfimiz Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Bu gün çox vacib qələbə əldə etdik. Lakin işimiz hələ bitməyib. Ümid edirəm ki, növbəti mərhələyə yüksələn komandalardan biri də biz olacağıq”.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının oyununda “Ayntraxt”ı Bəhlul Mustafazadənin əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurduğu qolla 3:2 hesabı ilə məğlub edib.
- ÇL: “Sportinq” PSJ-nin 12 illik seriyasını bitirdi
- "Kayrat" bura qədər: 2 komanda Çempionlar Liqası ilə vidalaşdı
- ÇL: “Real”dan darmadağın, “Siti” və PSJ məğlub oldu - YENİLƏNİB
- Afrika Millətlər Kuboku: Yerlərdə süründü, dəsmalı vermədi, qəhrəman oldu - VİDEO
- Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bilindi