"Benfika" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb
12.09.2025 - 15:02
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) - “Qarabağ” matçını “Estádio do SL Benfica"da izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün 500 yer ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azarkeşlər vauçerləri bu gün, saat 15:00-dan etibarən iTicket.az-da əldə edə bilərlər.
Biletlərin qiyməti 88 manatdır.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə favorit biz sayılırıq”
- KL: "Samsunspor" və “Dinamo”dan darmadağın - YENİLƏNİB
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- ÇL: Foden həftənin ən yaxşısı seçildi
- Fransanın millimizə qarşı heyəti bəlli olub
0
0