Braziliya Yaponiyaya məğlub oldu
14.10.2025 - 18:25

Braziliya milli komandası daha bir yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Apasport.az xəbər verir ki, “sambaçılar” Yaponiya yığması ilə üz-üzə gəlib.
Gərgin keçən görüşdə azarkeşlər 5 qola şahidlik ediblər.
Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv ilk hissəni 2:0 hesabı ilə öndə başa vurub. Lakin fasilədən sonra asiyalılar ardıcıl üç qol vurublar və yekunda Cənubi Amerika təmsilçisini 3:2 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, Braziliya daha əvvəl Cənubi Koreyanı 5:0 hesabı ilə məğlub etmişdi.
0
0