Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilir.
Türkiyə təmsilçisi “Fənərbaxça” Fransada “Lion”un qonağı olub. İstanbullular ilk hissədə iki qol vurublar. Meydan sahiblərinin gücü yalnız təsəlli topuna çatıb - 1:2.
“Vikinq” isə doğma meydanda Zaqreb “Dinamo”sunu qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, ötən gün “Sabah”, “Bodo-Qlimt” və LASK turnirin liqa mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23:00. AEK - "Levski" 4:0
23:00. "Selye" - "Slovan" 1:1
23:00. "Lion" - "Fənərbaxça" 1:2
23:00. "Vikinq" - "Dinamo" 3:1