ÇL: “Qarabağ” qələbə qazandı CƏFƏRQULİYEV ƏN YAXŞISI SEÇİLDİ
01.10.2025 - 23:17

Çempionlar Liqasının qrup mərhələsinin II turunda keçirilən “Qarabağ” – “Kopenhagen” (2:0) oyununda matçın ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, UEFA-nın texniki qrupunun qərarına əsasən, görüşün ən yaxşı oyunçusu Elvin Cəfərquliyev seçilib.
Azərbaycanlı müdafiəçiyə UEFA tərəfindən xüsusi mükafat təqdim olunub.
Qeyd edək ki, 24 yaşlı Elvin Cəfərquliyev Azərbaycan futbolu tarixində bu mükafata layiq görülən ilk oyunçu olub.
0
0