
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxın.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun kollektivi III təsnifat mərhələsində ilk matçını səfərdə keçirib.
"Köhlən atlar" Şimali Makedoniyada "Şkendiya" ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Toral Bayramov penaltini dəqiq yerinə yetirərək, təmsilçimizə qələbə qazandırıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
22:00. “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) 0:1
Qol: Toral Bayramov 18-p.
"Şkendiya": 24. Bakukar Qaye, 2. Aleksander Trumçi, 15. İmran Fetai, 5. Kliman Cake, 11. Ronaldo Vebster, 4. Reşat Ramadani, 6. Amadu Alhassan, 10. Endrit Kransiqi, 29. Fabris Tamba, 77. Liridon Latifi, 7. Besart İbrahimi (k)
Baş məşqçi: Jeton Beqiri
"Qarabağ": 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadəö
Baş məşqçi: Qurban Qurbanov
Skopye. “Todor Proeski” stadionu
- Qurban Qurbanov: “Çox istəkli komanda ilə oynayacağıq”
- Ceyhun Sultanov: “Bu, o demək deyil ki, "Araz-Naxçıvan" ondan asılıdır”
- “Şkendiya”nın kapitanı: “Niyə onları məğlub etməyək?”
- “Şkendiya”nın baş məşqçisi: “Söhbət son dərəcə ciddi komandadan gedir”
- “Araz-Naxçıvan” – “Omoniya” oyununun biletləri satışa çıxarılıb