DÇ-26: Messi Argentinanı önə keçirdi - YENİLƏNİR
22.06.2026 - 21:41
2026-cı il dünya çempionatında J qrupunun II turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, turun mərkəzi görüşündə Argentina millisi Avstriya ilə qarşılaşır.
Matç bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Hər iki komanda mundiala qələbə ilə start verib. Argentina ilk turda Əlcəzairi 3:0, Avstriya isə İordaniyanı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, J qrupunun digər oyununda İordaniya Əlcəzairlə üz-üzə gələcək.
Dünya çempionatı
J qrupu, II tur
22 iyun
21:00. Argentina – Avstriya 1:0
Qol: L. Messi, 40
Uğursuz penalti: L. Messi, 9
0
0