
Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin II turuna start verilib.
Apasport.az xəbər verir ki, A qrupunda “Palmeyras” “Əl Əhli” ilə qarşılaşıb.
Görüş Braziliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“İnter Mayami”nin rəqibi isə “Portu” olub.
Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. MLS klubu rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Bu nəticə ilə messinin komandası qrupdakı ilk qələbəsini qazanıb.
Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, II tur
19 iyun
A qrupu
20:00 Palmeyras – Əl Əhli 2:0
23:00 İnter Mayami – Portu 2:1
Xal durumu: Palmeyras – 4, İnter Mayami – 4, Əl Əhli – 1, Portu – 1
- KL: “Başakşəhər” Bolqarıstan klubuna rəqib oldu
- KL: “Zirə" “Hayduk”a, “Araz-Naxçıvan” “Aris”ə rəqib oldu - YENİLƏNİB
- AL: “Beşiktaş”ın rəqibi Arda Turanın komandası ola bilər - YENİLƏNİB
- “Sabah”ın II təsnifatdakı potensial rəqibləri müəyyənləşib
- DÇ: “Borussiya”dan heç-heçə, “River Pleyt”dən inamlı qələbə - YENİLƏNİB