De Bleker “Barselona” - “Nyukasl” oyununa təyinat alıb
18.03.2026 - 11:36
Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Bleker UEFA-dan təyinat alıb.
Apasport.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.
Bu gün Barselonanın “Nou Kamp” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
0
0