Əliyar Ağayevə UEFA-dan növbəti təyinat
30.09.2025 - 11:21

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.
Apasport.az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.
0
0