Elmar Baxşıyev: “Sabah buna cəhd edəcəyik”
13.08.2025 - 22:14
Elmar Baxşıyev: “Sabah buna cəhd edəcəyik”

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Omoniya" - "Araz-Naxçıvan" matçından öncə qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb.

"Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Doğma meydanda böyükhesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik. Havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu futbolçulara problem yaratmamalıdır”.

Qeyd edək ki, "Omoniya" - "Araz-Naxçıvan" matçı sabah saat 21:00-da start götürəcək.