“Fənər” Avropada 300-ə çatdı
27.02.2026 - 01:36
“Fənərbaxça” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Nottingem Forest”lə qarşılaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi üçün bu görüş əlamətdar olub.
Belə ki, komanda Avropa arenasında 300-cü matçına çıxıb. “Sarı-lacivərdlilər” bundan əvvəl keçirdiyi 299 rəsmi oyunda 117 qələbə, 65 heç-heçə və 117 məğlubiyyətlə yadda qalıb.
Qeyd edək ki, komandalar arasında keçirilən görüşdə hazırda hesab 2:1 “Fənərbaxça”nın xeyrinədir.
0
0