“Fənərbaxça”dan inamlı qələbə
28.09.2025 - 23:09

Türkiyə Super Liqasında VII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün "Fənərbaxça" meydana çıxıb.
Komanda "Antalyaspor"u qəbul edib. Matç "sarı-lacivərdlilər"in üstünlüyü ilə keçib.
İkinci yarıda Anderson Talişka penaltini dəqiq yerinə yetirib. Oyunun sonlarında Sebastian Şimanski matçda yekun nəticəni müəyyənləşdirib - 2:0.
0
0