“FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq.
Apasport.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabındakı paylaşımında məlumat verib:
“2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində “FIFA Series” turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam. 2024-cü ilin mart ayında keçirilmiş pilot turnirin uğuruna əsaslanaraq, bu layihə müxtəlif qitələrdən olan milli komandalara ənənəvi konfederasiya sərhədlərindən kənarda yarışmaq və əlaqə qurmaq üçün unikal platforma təqdim edir.
Kişilər arasında “FIFA Series” turniri Avstraliya, Azərbaycan, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanda keçiriləcək. Qadınlar arasında “FIFA Series” isə debütünü Braziliya, Fil Dişi Sahili və Tailandda keçiriləcək oyunlarla edəcək. Bundan əlavə FIFA-nın digər üzv assosiasiyaları da ev sahibliyi etmək niyyətlərini açıqlayıblar".
Qeyd edək ki, 2024-cü ildə “FIFA Series” turnirinə ev sahibliyi edən ölkələrdən biri də Azərbaycan olub.
- DÇ-2026: Portuqaliya və Norveçdən darmadağın, Ukrayna pley-offda - YENİLƏNİB
- Didye Deşam: “Azərbaycan millisində əvvəlki illərlə müqayisədə irəliləyiş var”
- Millimiz Fransaya məğlub oldu - YENİLƏNİB
- DÇ-2026: Türkiyədən inamlı qələbə, İspaniyadan darmadağın - YENİLƏNİB
- Millimiz Şimali İrlandiyaya məğlub olub