“Finalissima” Qətərdə keçirilə bilər
13.10.2025 - 16:12
“Finalissima” Qətərdə keçirilə bilər

2024-cü ilin Avropa çempionu ilə Amerika Kubokunun qalibi arasında keçiriləcək “Finalissima” oyununun Qətərdə baş tuta bilər.

Apasport.az “Marca” nəşrinə istinadən xəbər verir ki, FIFA qarşılaşmanı Qətərin məşhur “Lusail Iconic” stadionunda təşkil etməyi planlaşdırır. 

“Finalissima”da Avropa çempionu İspaniya ilə Amerika çempionu Argentina üz-üzə gələcək.

Xatırladaq ki, bu turnirin əvvəlki qarşılaşması 2022-ci ildə keçirilmişdi. Həmin vaxt Argentina (Amerika Kubokunun qalibi) və İtaliya (Avropa çempionu) arasında oynanılan görüşdə “tanqoçular” 3:0 hesabı ilə qələbə qazanmışdılar.