İsveç millisinin baş məşqçisi istefa verib
15.10.2025 - 00:16
İsveç Futbol Federasiyası milli komandanın baş məşqçisi Yon Dal Tomassonla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
Danimarkalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
49 yaşlı baş məşqçi ötən ilin mart ayından İsveç yığmasına rəhbərlik edirdi.
Qeyd edək ki, İsveç millisi DÇ-2026-nın seçmə mərhələsində 4 turdan sonra cəmi 1 xal toplayaraq qrupun son pilləsində qərarlaşıb.
- DÇ: Millimiz 3-cü yer uğrunda matçda məğlub olub - YENİLƏNİB
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- KL: “Trabzonspor” Finlandiya səfərindən 3 xalla qayıdır, “Atalanta” “Pafos”u məğlub edib - YENİLƏNİB
- Avropa Liqasında II tura yekun vurulub – YENİLƏNİB
- AL: "Beşiktaş" 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
0
0