İtaliya A Seriyasında III turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün İtaliya derbisi baş tutub.
"Yuventus" "İnter"i qəbul edib. Matçda 7 qol vurulub. Oyunda hesabı Lloyd Kelli açıb. Çox keçmədən Hakan Çalhanoğlu hesaba tarazlıq gətirib. "İnter" futbolçuları fasiləyədək daha bir dəfə önə keçib. Kenan Yıldız fərqlənib.
İkinci hissənin startında Çalhanoğlu dublunu rəsmiləşdirib. Ardınca Markus Türam qonaqları hesabda önə keçirib. "Yuventus"un buna cavabı Kefren Türamla gəlib. O, Yıldızın ötürməsini qolla tamamlayıb. Matçın sonlarında Vasiliye Adziç "qoca sinyora"ya qələbə qazandıran qolu vurub - 4:3.
İtaliya A Seriyası
III tur
"Kalyari" - "Parma" 2:0
"Yuventus" - "İnter" 4:3
- İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə favorit biz sayılırıq”
- KL: "Samsunspor" və “Dinamo”dan darmadağın - YENİLƏNİB
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- ÇL: Foden həftənin ən yaxşısı seçildi
- Fransanın millimizə qarşı heyəti bəlli olub