Bu gün Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Mərasimdə Türkiyə təmsilçiləri “Beşiktaş” və “Başakşəhər”in də potensial rəqibləri müəyyənləşib.
“Qara qartallar” III təsnifat mərhələsində “St. Patriks Atletiks” səddini keçəcəyi halda, pley-offda “Lozanna” (İsveçrə) – “Astana” (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.
“Başakşəhər” isə “Vikinq”i məğlub etdiyi təqdirdə, növbəti mərhələdə “Universitatya Krayova” (Rumıniya) – “Spartak Trnava” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları 21 avqust, cavab qarşılaşmaları isə 28 avqust tarixində keçiriləcək.
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB