KL: "Samsunspor" İslandiyadan bir xalla qayıdır - YENİLƏNİB
28.11.2025 - 02:03
KL: "Samsunspor" İslandiyadan bir xalla qayıdır - YENİLƏNİB

UEFA Konfrans Liqasının əsas mərhələsində IV turun qarşılaşmaları keçirilib.

Apasport.az xəbər verir ki, bu gün 18 görüş baş tutub.

Türkiyənin "Samsunspor" klubu səfərdə "Breydablik"lə üz-üzə gəlib.

4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"Fiorentina" isə Yunanıstanda AEK-in qonağı olacaq. Görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

UEFA Konfrans Liqası

Liqa mərhələsi

IV tur

27 noyabr

21:45. AZ (Niderland) - "Şelbrun" (İrlandiya) 2:0

21:45. "Slovan" (Slovakiya) - "Rayo Valyekano" (İspaniya) 2:1

21:45. "Lex" (Polşa) - "Lozanna" (İsveçrə) 2:0

21:45. "Omoniya" (Kipr) - "Dinamo" (Kiyev, Ukrayna) 2:0

21:45. "Zrinski" (Bosniya və Herseqovina) - "Hakken" (İsveç) 2:1

21:45. "Siqma" (Çexiya) - "Sele" (Sloveniya) 2:1

21:45. "Rakuv" (Polşa) - "Rapid" (Avstriya) 4:1

21:45. "Universitatya" (Rumıniya) - "Maynts 05" (Almaniya) 1:0

21:45. "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq) 3:1

00:00. "Fiorentina" (İtaliya) - AEK (Yunanıstan) 0:1

00:00. "Legiya" (Polşa) - "Sparta" (Çexiya) 0:1

00:00. "Şemrok Rovers" (İrlandiya) - "Şaxtyor" (Ukrayna) 1:2

00:00. "Strasburq" (Fransa) - "Kristal Pelas" (İngiltərə) 2:1

00:00. "Yagelloniya" (Polşa) - KuPS (Finlandiya) 1:0

00:00. "Riyeka" (Xorvatiya) - AEK (Larnaka, Kipr) 0:0

00:00. "Aberdin" (Şotlandiya) - "Noa" (Ermənistan) 1:1

00:00. "Drita" (Kosovo) - "Şkendiya" (Şimali Makedoniya) 1:0

00:00. "Breydablik" (İslandiya) - "Samsunspor" (Türkiyə) 2:2