
Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan “Birbaşa Bakı” 1/4 final mərhələsinin oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda Çexiyanın “Brno” ilə komandası ilə oyunda əsas vaxta 2-2 hesablı heç-heçəyə nail olub.
Oyun sonrası penaltilərlə 5-6 hesabı ilə uduzan turnirin son çempionu Çempionlar Liqasında mübarizəni dayandırıb.
"Brno" komandası daha öncə 1/8 final mərhələsində Azərbaycanın “Aznur” komandasını mübarizədən kənarlaşdırıb. Oyunun əsas vaxtı 2-2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 2-3 hesabı ilə məğlub olan "Aznur" turnirlə vidalaşıb.
Bolqarıstanın “Tornovo” Sofiya komandası ilə qarşılaşan “Zirə” də məğlub olaraq mübarizəni dayandırıb. Komandamız rəqibinə 0-3 hesabı ilə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşıb.
Qeyd edək ki, "Birbaşa Bakı" son Çempionlar Liqasının qalibidir.
- ÇL: "Napoli" səfərdə, “Nyukasl” evdə məğlub oldu - YENİLƏNİB
- "Ayntraxt" “Qalatasaray”ı darmadağın etdi - YENİLƏNİB
- Aqil Nəbiyevin yetirmələri Monteneqroya qalib gəlib
- "Kayrat"ın baş məşqçisi: "Qarabağ" "Benfika" ilə oyunda hər şeyin mümkün olduğunu sübut etdi"
- Okan Buruk: "Türkiyənin ən uğurlu komandasıyıq"