
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, Danimarka təmsilçisinin baş məşqçisi Yakob Neestrup oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Mətbuat konfransına gec gəlməyiniz nə ilə bağlıdır?
- Bir az başqa müsahibələrimiz var idi.
- Gözlədiyiniz "Qarabağ"ı gördünüz?
- Biz əvvəldən "Qarabağ"ın güclü olduğunu bilirdik. Bizi çox çətin oyun gözləyirdi. Bunun da şahidi olduq. 50-50-ə oyun getdi. "Qarabağ" çox yüksək keyfiyyət nümayiş etdirdi. Birinci hissədə onlar mükəmməl vəziyyətdə idi. Biz oyuna zəif başladıq. Ona görə də 1-ci hissədə qol buraxdıq. Fasilədən sonra dəyişiklik oldu, aktivlik göstərdik. Təəssüf ki, 2-3 qol şansları dəyərləndirə bilmədik. İkinci hissədə rəqibdən bir az yaxşı idik. 95 dəqiqə ərzində bərabərliyə nail ola bilərdik. "Qarabağ" qələbəyə layiq idi.
- "Qarabağ"ın "Kopenhagen" tarixində ən güclü rəqiblərdən biri olduğu kimi dəyərləndirə bilərsiz?
- Bəli, bəli. Təbii ki, bunu deyə bilərik. 2017-ci ildə də qarşılaşmışdıq, bu gün də oynadıq. Səfərdə uduzduq. Biz bütün rəqiblərə həmişə hörmət edirik. Çətin oyun idi. Bunu da gözləyirdik. "Qarabağ"ın da Avropa təcrübəsi var. Biz ÇL-də son 3 sezonda 3 dəfə oynamışıq. "Qarabağ"ın mükəmməl, yüksək texnikası olan oyunçuları var. Qurban Qurbanov da mükəmməl məşqçidir. Neçə illərdir ki, komandanın sükanı arxasındadır. Buna hörmətlə yanaşıram. "Qarabağ" bu gün mükəmməl vəziyyətdə olduğunu nümayiş etdirdi. Bundan sonrakı matçlarda da "Qarabağ"a uğurlar arzulayıram.
- Stadiondakı azarkeş dəstəyi məğlubiyyətinizə nə dərəcədə təsir etdi?
- Bu gün bizim məğlubiyyətimizin atmosferlər əlaqəsi yoxdur. Əvvəlki matçlarda da bu cür atmosferlərlə tanışıq. Deməzdim ki, atmosfer bizə təsir göstərdi. Enerjini hiss etdim. Mükəmməl atmosfer var idi. Başa düşdük ki, azarkeşlə "Qarabağ"la fəxr edirlər.
- "Qarabağ" sürpriz uğurlu çıxışı ilə pley-off mərhələsində ola bilər?
- Sürprizlər ola bilər. İnkişaf vacibdir. Liqa mərhələsində çox oyunlar var. Hələ ki hər kəs inanmalıdır. "Qarabağ" da bunu edə bilər. Biz də burada uduzsaq da, hər şeyin sonu demək deyil. Bundan sonrakı oyunlarda hər bir sürprizə hazır olmaq lazımdır.