Kurtua AVRO-2024-ü buraxacaq
02.05.2024 - 10:54

Belçika millisinin baş məşqçisi Domeniko Tadesko zədə səbəbindən mövsümün böyük hissəsini buraxan "Real Madrid"in təcrübəli qapıçısı Tibo Kurtuanın AVRO-2024-də iştirak etməyəcəyini açıqlayıb.
Apasport.az xəbər verir ki, 31 yaşlı qolkiper avqustda ön çarpaz bağını zədələmişdi. O, sürətlə sağalsa da, Kurtua bu yay Almaniyada meydana çıxmayacaq. Belçikalı qolkiper 102 dəfə millinin formasını geyinib.
Kurtuanın yoxluğunda Belçikanın qapısını Koen Kastilsin qoruyacağı gözlənilir .
Belçika AVRO-2024 -də E qrupunda Rumıniya, Ukrayna və Slovakiya ilə mübarizə aparacaq .
- Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinalda - YENİLƏNİB
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Çempionlar Liqası: “Arsenal” və “İnter” yarımfinalda - YENİLƏNİB
- Çempionlar Liqası əvəzinə Avropa Liqasının himni səsləndirildi - VİDEO
- ÇL: Ev sahibləri qalib gəldi, qonaqlar mərhələ adladı - YENİLƏNİB
0
0