Madrid derbisində 7 qol: Güler də fərqləndi
27.09.2025 - 20:26
Madrid derbisində 7 qol: Güler də fərqləndi

İspaniya La Liqasında IX turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün Madrid derbisi baş tutub.

"Atletiko" "Real"ı qəbul edib. Matçda qapılara 7 qol vurulub. Hesabı Robin Le Norman açıb. Ardınca "kral klubu" iki qol vurub.

Öncə Kilian Mbappe, daha sonra Arda Güler fərqlənib. Lakin meydan sahibləri Xulian Alvarezin dublu və Aleksander Sörlotla Antuan Qrizmanın vurduğu qollarla qələbə qazanıb - 5:2.