Matç yarımçıq dayandırıldı: ERİKSEN HUŞUNU İTİRDİ
07.06.2026 - 22:15
Matç yarımçıq dayandırıldı: ERİKSEN HUŞUNU İTİRDİ

DÇ-2026 öncəsi yoxlama oyunları davam edir.

Apasport.az xəbər verir ki, Danimarka - Ukrayna matçı yarımçıq dayandırılıb.

Buna səbəb birincilərin futbolçusu Kristian Eriksenin əhvalının pisləşməsi olub.

Yarımmüdafiəçi bir anda yerə yıxılıb. Lakin onun şüurunun yerində olduğu bildirilib.

Qeyd edək ki, Eriksen 2021-ci ilin iyununda Danimarka və Finlandiya yığmaları arasında keçirilən Avropa çempionatı oyununda ürək dayanması keçirmişdi.